Xəbər lenti
Bakıda ağac kəsiminə qarşı maraqlı addım - ŞƏKİL

Kəsilmiş 6 ədəd Eldar şamının günahı bağışlanmaz!
Manevr.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözlər Yusif Səfərov 12 ünvanında yaşayan bina sakinləri tərəfindən həyətdə asılmış lövhədə əksini tapıb. Binanın qarşısındakı ağacları kəsərək obyekt tikmək istəyən sahibkarla mübarizədən qalib çıxan sakinlər kəsilmiş ağacların xatirəsinə lövhə qoymaq qərarına gəlib.
Bina sakini İlham bəyin sözlərinə görə, ərazidə qeyri-qanuni olaraq "moyka" tikmək istəyiblər:
"6 dənə 50 ilin Eldar şamı kəsildi. Qurumuş deyildi, bir şey deyildi. Biz də səs-küy saldıq, icazə vermədik ki, kəsilmiş ağacların yerinə obyekt tikilsin".
Ağacların kəsilməsinə etiraz edənlərdən biri də binanın ağsaqqalı, Ağdam rayon məcburi köçkünü Mürşüd Hümbətov olub. Mürşüd bəyin sözlərinə görə, artıq kəsilmiş ağacların yerinə yeniləri əkilib:
"Ağaclar bizim yaşam mənbəyimizdir. Onlarsız biz yaşaya bilmərik. Böyük oksigen mənbəyi olan Braziliyadakı Amazon meşələri yanır, bütün dünya ayağa qalxıb, biz niyə həyətimizdəki ağaclar üçün qalxmayaq?! Hər yerə məktub yazdıq, müraciət elədik. Ancaq ağacları kəsən şəxslər cəzalandırılmadı. İndi kəsilmiş ağacların yerinə yeni fidanlar əkmişik, onlara baxırıq. Ümid edirik ki, gələcəkdə böyüyüb əvvəlki ağacların yerini tutacaq".

Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Təqvim
« Mart 2025 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | 2 | |||||
3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
31 |
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar