Xəbər lenti
Məhkəmə Arif Qazıyevin adı keçən cinayət işi üzrə qərar verdi

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Əziz Əbdüləzizin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib.
Belə ki, səkkiz il müddətinə azadlıqdan məhrumetmə cəzası yeddi ilə endirilib. Həmçinin, məhkəmə zərərçəkmiş İxtiyar Həsənovun 325 min manatlıq mülki iddiasını da təmin edib.
İttihama görə, Ə.Əbdüləziz aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tikinti işləri ilə məşğul olan tanışı, ALFA LTD şirkətinin rəhbəri İxtiyar Həsənova məktəb tikintisi işlərini tender yolu ilə alıb ona verəcəyinə dair yalan vəd verib.
Belə ki, o, İ.Həsənovdan 2011-ci ildə 50 min manat pul alıb. Bu pulun 25 min manatını sonradan geri qaytarıb, qalan hissəsini isə dələduzluq yolu ilə ələ keçirib. Bundan başqa, Ə.Əbdüləziz Türkiyədən gətirilmiş plastik borularla yüklü 40 ədəd TIR-ı gömrük rüsumundan müəyyən qədər azad edəcəyini və tez bir zamanda sərhəddən buraxdıracağını vəd edərək, İ.Həsənovdan 300 min manat məbləğində pul alıb.
Lakin o, vədinə əməl etməyərək zərərçəkmişi növbəti dəfə aldadıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə.Əbdüləziz 8 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, cinayət işi üzrə Azərbaycan televiziya rejissoru, ssenarist Arif Qazıyevin də adı şahid qismində keçir.oxu.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Təqvim
« Mart 2025 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | 2 | |||||
3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
31 |
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar