Sizin Reklam Burada
Xəbər lenti
01-05-2024
30-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda görünməmiş hadisə:at və balasını öldürüb dirəkdən asdılar - Səbəb

Tarix: 29-08-2019 13:33     Baxış: 4126 A- / A+
Azərbaycanda görünməmiş hadisə:at və balasını öldürüb dirəkdən asdılar - Səbəb

Daşkəsən rayonunun Xoşbulaq kəndində yaşanan qeyri-insani hərəkət sakinlərin və turistlərin narazılığına səbəb olub.

Manevr.az modern.az-a istinadən xəbər verir ki, kənd sakinlərindən biri sağlam ana at və balasını işgəncə verərək öldürüb və yaşayış evlərindən təxminən 150 metr məsafədə quraşdırdığı dirəkdən asıb.

Həmin şəxsin məqsədi leş iyinə gələn canavarları ov tüfəngi ilə vurmaq və onun dişini və dərisini satmaqdır.

Bildirilir ki, qanunsuz ovla məşğul olan Xoşbulaq sakini öldürdüyü canavarın dişini 200 manata satır.

Bildirilir ki, hələ mart ayından həmin yerdən asılan atların – leş iyindən kənddə yaşamaq olmur.

Xoşbulaq sakinlərindən biri kəndə gələn turistlərə bildirib ki, bu “canavar ovçusu”na kənddə “gözün üstə qaşın var” deyən yoxdur.

“Bu oğlan kənddə “at oynadır”. Əlində silah gəzir. Hamı ondan qorxur. Atların leşi üfunət iyi verir, iydən boğuluruq. Kəndə infeksiya yayılır. Atların leşini ordan götürmür ki, noyabrda canavarlar yenə leş iyinə gələcək, bu da onları öldürüb dişini, dərisini, yağını satacaq. Dərdimizi heç kimə deyə bilmirik”, – deyə Xoşbulaq sakinlərindən biri deyib.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar