Xəbər lenti
“Gilan Holdinq”ə məxsus “Natura” şirəsindən belə iyrənclik çıxdı
Bakının Nəsimi rayonunda yaşayan Ayxan Rəhimli adlı şəxsin Hüseynbala Əliyev küçəsində yerləşən marketlərin birindən aldığı “Natura” şirəsinin içindən meyvə çürükləri çıxıb.
Manevr.az-ın məlumatına görə Ayxan Rəhimli adlı şəxs unikal.org-a müraciət edərək bildirib ki, marketdən aldığı “Natura” şirəsinin qapağını açdıqdan sonra içmək istəyərkən xoşagəlməz halla qarşılaşıb:
“Ağzını açıb, stəkana şirəni süzməyə başladım. Gördüm ki, şirənin içindən bulanıq nəsə çıxır. Bundan sonra ögüməyə başladım. Əvvəlcə fikirləşdim ki, şirənin içindən çıxan, yəqin qabın karton qalıqlarıdır. Sonra içini sirkələməyə başladım. Bundan sonra içindən daha da bulanıq nəsə çıxdı”.
Ayxan Rəhimli bildirib ki, artıq məsələ ilə bağlı istehsalçı şirkətdən – “Gilan Holdig”dən maraqlanıblar:
“Gilan FMCG groupda içecek kateqoriyasının trade marketinqinin Anar Əsədov adlı əməkdaşı məndən sözügedən şirənin qabını istədi.
Bildirdi ki, əgər sözügedən meyvə qutusu hələdə sizdədirsə onu alıb laboratoriya şəraitində də test etdirmək isteyirik. Açıqlamamızı da ən qısa zamanda sizə də göndərəcəyik”.
Vətəndaş vurğulayıb ki, artıq sözügedən meyvə şirəsini aldığı marketə təqdim edib: “Onlar da şirə qabını Gilanın əməkdaşlarına təqdim edəcəklər”.
Qeyd edək ki, “Natura” meyvə şirələri Gilan Qəbələ Konserv Zavodunda hazırlanır.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar