Xəbər lenti
Bakıda 16 yaşlı yeniyetmə burun əməliyyatı zamanı öldü

Bakıda özəl klinikalardan birində rinoplastika (burun estetik əməliyyatı) nəticəsində növbəti ölüm faktı qeydə alınıb.
Manevr.az xəbər verir ki, bunu Oxu.Az-a Yasamal rayon Polis İdarəsindən bildiriblər.
Məlum olub ki, hadisə Kazım Kazımzadə küçəsində yerləşən "Uniklinika"da baş verib. Burada avqustun 13-ü saat 19:00-da əməliyyat zamanı 2003-cü il təvəllüdlü paytaxt sakini Xurşudov Mirəhməd Ağasəf oğlu ölüb.
Hazırda Yasamal rayon prokurorluğu faktla bağlı araşdırma aparır.
Həmin klinika ilə əlaqə saxlasaq da, əməkdaşlar məlumat verməkdən imtina etdilər.
Xatırladaq ki, 2018-ci ilin martında "StarMed" klinikasında burun əməliyyatı zamanı Azərbaycan Maliyyə-İqtisad Kollecinin 18 yaşlı tələbəsi Mürsəlova Leyla Namiq qızı ölmüşdü.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar