Sizin Reklam Burada
Xəbər lenti
28-02-2025
27-02-2025
BÜTÜN XƏBƏRLƏR

Elinanın anası icra başçısının müavini ilə üzləşdirildi

Tarix: 12-08-2019 19:52     Baxış: 3216 A- / A+
Elinanın anası icra başçısının müavini ilə üzləşdirildi

Özünü oxuduğu 162 saylı məktəbin üçüncü mərtəbəsindən ataraq intihar edən Elina Hacıyevanın valideynləri direktor Sevinc Abbasovanın həbs olunmasını, həkimlərin cəzalandırılmasını istəyir. Məktəblinin yaxınlarının tələblərindən biri həyata keçib.

Manevr.az xəbər verir ki, Elina Hacıyevanın anası Sevil Hüseynova həm Səbail Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xalidə Bayramova, həm də Sevinc Abbasova ilə üzləşdirilib. Üzləşmə Bakı şəhər Prokurorluğunda baş tutub. Amma vəkil Emin İsayev bu haqda məlumat vermək istəməyib. Bunu istintaq sirrini yaymamaq arqumenti ilə izah edib.

Vəkilin dediyinə görə, Sevil Hüseynova bir müddət əvvəl Kliniki Tibbi Mərkəzdə Elinanın müayinə və müalicəsinə cavabdeh həkimlərlə də üzləşdirilibmiş.

Hadisə aprelin 4-də olmuşdu. Elinanı intihardan sonra xəstəxanaya çatdırsalar da, onun həyatını xilas edə bilməmişdilər. Məktəblinin ailəsi Xalidə Bayramova ilə Sevinc Abbasovanı şagirdi intihardan sonra videoya çəkərək, xəstəxanaya gec yola salmaqda ittiham edir. Ümumiyyətlə, Elinaya məktəbdə pis münasibət olduğu bildirilir. Təqsiri sübuta yetirilsə, direktoru 5 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.bizimyol.info

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar