Sizin Reklam Burada
Xəbər lenti
28-02-2025
27-02-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda polisi bıçaqlayıb qaçdılar - Yol polisi yaxaladı

Tarix: 12-08-2019 12:49     Baxış: 4261 A- / A+
Azərbaycanda polisi bıçaqlayıb qaçdılar - Yol polisi yaxaladı


Avqustun 9-da, axşam saat 23:45 radələrində Masallı rayonunda bıçaqlanma hadisəsi baş verib.

Manevr.az avtosfer.az-a istinadən xəbər verir ki, Cəlilabad rayon Yol Polisi Bölməsinin əməkdaşı Rauf Sübhan oglu Məmmədov adları və kimlikləri tam bəlli olmayan Yardımlı rayon sakinləri tərəfindən bıçaqlanıb.

Aralarında yaranan insident zamanı həmin şəxslər Rauf Məmməfova bir neçə bıçaq zərbəsi vurduqdan sonra idarə etdikləri "BMW-X5" markalı avtomobillə hadisə yerindən qaçıblar.

Lakin məsələyə cəld reaksiya verən Baş Dövlət Yol Polisi İdarəsinin YPX Alayının 11 taqımının komandiri, mayor Hikmət Qafarov və taqımın inspektorları baş serjant Ramil Tapdıqov, baş serjant Vahid Huseynov və serjant Nurlan Həsənov operativlik göstərərək hadisə yerindən qaçan şəxslərin olduğu "BMW-X5" markalı minik avtomobilini aşkar edərək saxlayıblar.

Avtomobil Masallı rayon Polis Şöbəsinin müvəqqəti saxlanma dayanacağına qoyulub.

Şahidlərin dediyinə görə, polis əməkdaşını bıçaqlayan Yardımlı rayon sakini Ceyhun adlı şəxs olub.

Ümumilikdə hadisəni törədənlər beş nəfər olub. Avtomobili idarə edən isə Yardımlı rayon sakini İbayev Sərvər Teymur oğludur.

Faktla bağlı araşdırmalar aparılır.

Azərbaycanda polisi bıçaqlayıb qaçdılar - Yol polisi yaxaladı

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar