Xəbər lenti
Saatlıda 165 min manatlıq boru oğurlayan şəxslər saxlanılıb

Saatlıda 165 min manatlıq boru oğurlayan şəxslər saxlanılıb.
Verilən məlumata görə, iyulun 29-da MMC-lərdən birindən ümumi dəyəri 164 900 manat olan boruların oğurlanması ilə bağlı Saatlı RPŞ-yə ərizə ilə müraciət daxil olub.
Məlumatla əlaqədar Saatlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən rayon sakinləri, həmin MMC-də mühafizəçi işləyən Talıb Cəfərov və Vidadi İsmayılov saxlanılıb. Dindirilmə zamanı onlar törətdiyi cinayət əməlini etiraf ediblər və oğurlanan boruların müəyyən bir qismi maddi sübut kimi götürülüb.
Faktlarla bağlı Saatlı RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























