Sizin Reklam Burada
Xəbər lenti
18-01-2025
17-01-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda ilginc ailə münaqişəsi - Ər onunla yatmayan arvadına dəhşətli işgəncə verdi

Tarix: 07-12-2016 10:26     Baxış: 3356 A- / A+
Azərbaycanda ilginc ailə münaqişəsi

Həyat yoldaşına işgəncə verməkdə ittiham olunan Şəmkir rayonunun Düyərli kəndində anadan olan 1990-cı il təvəllüdlü Eynur Allahverdiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Manevr.az teleqraf.com-a istinadən bildirir ki, Eynur Allahverdiyev 2014-cü ilin noyabr ayında hamilə vəziyyətdə olan həyat yoldaşı Pərvanə ilə yaşadığı evdə ailə münasibətlərinin pozulması zəminində dalaşıb.

Hamilə olduğu üçün onunla cinsi münasibətdə olmaq istəməyən arvadını buduna qaz sobasında qızdırdığı şişlə "dağ basan" Eynur çirkin əməllərini növbəti günlər də davam etdirib.

Eynur Allahverdiyev Pərvanə ilə eyni evdə yaşasalar da, onların ər-arvad kimi münasibətləri olmayıb. Ayrı-ayrı otaqlarda gecələyən ər-arvadın arasında növbəti mübahisə 2015-ci ilin fevralın 1-də baş verib.

Eynur Allahverdiyev həmin gün axşam yenə yaşadıqları mənzildə kəndirlə Pərvanənin əllərini bağlayıb və döşəməyə yıxaraq qaz sobasının üzərində qızdırdığı qaynar suyu onun başına töküb. Bununla da Pərvanə sağ gicgah və sağ çiyinüstü nahiyənin termiki yanıqları alıb.

Fevralın 11-də Eynur Allahverdiyev yenə də gecə saatlarında həyat yoldaşına işgəncə verməyə başlayıb. O, Pərvanə Allahverdiyevanı döyərək bədənini müxtəlif nahiyələrinə çoxsaylı xəsarətlər yetirib.
Eynur Allahverdiyev növbəti dəfə həyat yoldaşına fevralın 17-də işgəncə verib.

Pərvanə Allahverdiyeva sonda Şəmkir rayon polis şöbəsinə ərizə ilə müraciət edib. O, müraciətində əri tərəfindən işgəncələrə məruz qaldığını yazıb. Tibbi ekspertiza Pərvanə Allahverdiyevanın işgəncələrə məruz qaldığını təsdiqləyib.

Eynur Allahverdiyevin barəsində Cinayət Məcəlləsinin 133.2.2-ci (aşkar surətdə hamilə vəziyyətində olan qadına işgəncə vermə) maddəsi ilə cinayət işi başlanıb.

Şəmkir rayon Məhkəməsinin hökmü ilə Eynur Allahverdiyev 2 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Eynur Allahverdiyev apelyasiya şikayəti verib. O, şikayətində həyat yoldaşına işgəncə vermədiyini qeyd edib. Bu səbəbdən barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Eynur Allahverdiyevin şikayətinə Gəncə Apelyasiya Məhkəməsində baxılıb. Hakim heyəti onun şikayətini təmin etməyib.

Bu səbəbdən Eynur Allahverdiyev kasasiya şikayəti verib. Ali Məhkəmədə, hakim Hafiz Nəsibovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara görə, Eynur Allahverdiyevin kasasiya şikayəti təmin edilməyib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar