Sizin Reklam Burada
Xəbər lenti
28-02-2025
27-02-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanlılar Gürcüstanda etiraza başladı - Aksiya

Tarix: 01-08-2019 22:09     Baxış: 3194 A- / A+
Azərbaycanlılar Gürcüstanda etiraza başladı - Aksiya

Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Marneuli rayonunun Alget ərazi bilriyinə daxil olan Alget, Sabirkənd, Təzəkənd və Əzizkənd sakinləri etiraz aksiyası keçiriblər.

Manevr.az xəbər verir ki, etirazçılar Alget kəndi ərazisindən keçən mərkəzi avtomobil yolunu bağlayıblar.

Aksiyaçılar bir neçə kəndə marşrut avtobuslarının hərəkət qrafikindən şikayət ediblər. Kənd sakinləri avtobusların hərəkət qrafikinin onların tələblərinə uyğun olmadığını bildiriblər.

Etirazçıların sözlərinə görə, qüvvədə olan qrafik üzrə hərəkət edən avtobuslarda böyük sıxlıq yaranır və bu da sərnişinlərin haqlı narazılığına səbəb olur.

Kənd sakinlərinin etiraz etdiyi digər məsələ ağır yük maşınlarının kəndin mərkəzi yolu ilə hərəkət etməsi nəticəsində yolun yararsız hala düşməsi ilə bağlı olub.

Hadisə yerinə gələn Marneuli rayon bələdiyyəsinin nümayəndələri sakinləri narahat edən məsələlərlə bağlı rayon rəhbərliyi tərəfindən lazımi addımların atılacağına söz veriblər. Bundan sonra kənd sakinləri bağladıqları yolu açıblar.report

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar