Xəbər lenti
Beyləqanda film kimi xəyanət - ər arvadını başqa kişi ilə yataqda tutdu, 2 intihar

Ata evinə qaçan evli qadının başqa 3-cü kişi ilə də intim əlaqəsi olub
Beyləqan rayonunda ərinə iki nəfərlə xəyanət edən qadın intihar edib. Manevr.az-ın “report”a istinadla verdiyi məlumata görə, hadisə rayonun Birinci Şahsevən kəndində baş verib.
Həmin kəndin ərazisində yerləşən uşaq bağçasında aşpaz işləyən N.Həsənova əri tərəfindən bağçanın gözətçisi Füzuli rayonunun Əhmədbəyli kənd sakini G.Baxşəliyev ilə birlikdə yataqda tutulub. Hadisədən sonra qadın rayonun İkinci Şahsevən kəndində yerləşən ata evinə qaçıb və orada özünü asaraq intihar edib. Onunla birlikdə yataqda tutulan G.Baxşəliyev isə Füzuli rayonunun Əhmədbəyli kəndinə qaçıb və o da özünü asaraq intihar edib.
Hadisədən sonra qadının əri R.Həsənov arvadının daha bir şəxslə - həmkəndlisi E.Elyarovla intim münasibətinin olduğunu öyrənib. Bu səbəbdən sözü gedən şəxslər arasında mübahisə olub. Mübahisə zəmnində R.Həsənov arvadı ilə intim münasibətdə olduğunu etiraf edən E.Elyarovu bıçaqlayaraq qulaqlarını kəsib.
E.Elyarov xəstəxanaya çatdırılıb.
R.Həsənov isə Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tətəfindən saxlanılıb və istintaqa cəlb edilib.
Faktla bağlı bir neçə maddə ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar