Xəbər lenti
Gəncədə 2 həmcinsini fahişəliyə cəlb edən qadından XƏBƏR VAR

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsində 2 qadını fahişəliyə cəlb etməkdə təqsirləndirilən Cəmilə Gülməmmədovanın cinayət işi məhkəməsi başlayıb.
Manevr.az unikal.org-a istinadən xəbər verir ki, hakim Yaşar Həşimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası avqustun 8-nə təyin edilib.
Qeyd edək ki, C.Gülməmmədova Gəncədə 2 qadını gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etməkdə ittiham olunur.
Məlumata görə, həmin qadınlar hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edərək, C.Gülməmmədova adlı şəxsin onları fahişəliyə cəlb etdiyini deyiblər.
Daha sonra C.Gülməmmədova saxlanılıb və onun barəsində Cinayət Məcəlləsinin 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) maddəsi ilə ittiham irəli sürülüb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























