Sizin Reklam Burada
Xəbər lenti
02-05-2024
01-05-2024
BÜTÜN XƏBƏRLƏR

Əmisi oğlunun maşınını qaçıran şəxs saxlanıldı

Tarix: 29-07-2019 14:22     Baxış: 3109 A- / A+
Əmisi oğlunun maşınını qaçıran şəxs saxlanıldı


Lerik rayonunda nəqliyyat vasitəsi qaçıran şəxs saxlanılıb.

Verilən məlumata görə, rayon sakini Ramin Şahiyev Lerik Polis Şöbəsinə məlumat verərək bildirib ki, mülkiyyətində olan 43 BB 745 dövlət qeydiyyat nişanlı “Mersedes” markalı avtomobil naməlum şəxs tərəfindən evinin həyətindən oğurlanıb.

Şöbə əməkdaşları tərəfində həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayətin avtomobil sahibinin əmisi oğlu əvvəllər məhkum olunmuş Elməddin Şahıyev tərəfindən törədildiyi müəyyən edilib. Həmin şəxs Lerik Rayon Polis Şöbəsi və Baş Dövlət Yol Polisi İdarəsinin 6-cı tağımının əməkdaşları tərəfindən qaçırdığı avtomobillə birgə Qaradağ rayonunda saxlanılıb

Saxlanılan şəxs qaçırdığı avtomobillə hərəkətdə olan zaman nəqliyyat vasitəsi ilə qəza da törədib.

Faktla bağlı Lerik Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 185.1 (talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə) maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar