Sizin Reklam Burada
Xəbər lenti
05-05-2024
04-05-2024
BÜTÜN XƏBƏRLƏR

Türkiyədə təbii fəlakət ciddi fəsadlar törədib

Tarix: 26-07-2019 09:17     Baxış: 4143 A- / A+
Türkiyədə təbii fəlakət ciddi fəsadlar törədib



Türkiyənin Düzce şəhərində baş vermiş torpaq sürüşməsi və sel nəticəsində 45 kəndə ciddi ziyan dəyib. Hazırda bu vəziyyətdən zərər çəkən vətəndaşlara dövlət yardımının verilməsinə başlanılıb.


Manevr.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) rəhbəri Mehmet Güllüoğlu hadisə yerini ziyarət edərkən bildirib.

M.Güllüoğlu baş vermiş təbii fəlakət zamanı itkin düşənlərdən beş nəfərin cəsədinin artıq tapıldığını, 3 və 7 yaşlı iki uşağın tapılması üçün isə axtarış-xilasetmə işlərinin davam etdirildiyini bildirib. O, axtarış-xilasetmə işlərinə 300-dən çox texnikanın və 700 canlı qüvvənin cəlb olunduğunu qeyd edib.

Xatırladaq ki, iyulun 17-də və 18-də yağan güclü yağış səbəbindən Melen çayının daşması nəticəsində Türkiyənin Düzce şəhərinin Cumayeri, Gölyaka və Akçakoca rayonlarında sel və torpaq sürüşməsi baş verib. Təbii fəlakət nəticəsində 7 nəfər itkin düşüb, 227 nəfər xilas edilib.

Təbii fəlakət nəticəsində minlərlə hektar əkin sahəsi yararsız hala düşüb, 170 minə yaxın ev heyvanı tələf olub. Hadisə nəticəsində 75-i ağır olmaqla 375 binaya zərər dəyib. Yüz ev isə tamamilə dağılıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar