Xəbər lenti
Restoranda qorxunc anlar - Servis edilən toyuq hərəkət etməyə başladı

Amerikanın Florida əyalətində adı açıqlanmayan bir restoranda servis edilən dərisi soyulmuş toyuq bir anda canlanaraq hərəkət etməyə başlayıb.
Metbuat.az xarici mediaya istinadla bildirir ki, Filips adlı qadın tərəfindən “Facebook”da paylaşılan görüntülər dörd milyondan çox izlənilib.
Görüntülərin hansı restoranda çəkildiyi barədə məlumat olmasa da, stolun üzərindəki yemək çubuqları səbəbilə çiy ət yeyilən Yaponiya, Çin və ya Koreya restoranı olduğu düşünülür.
Fotolarda stolun üzərindəki toyuğun bir parçasının ətdən ayrılaraq hərəkət etdiyi görülür.
“Facebook”da yayımlanan videoya gələn şərhlərdə bunun hələ ölməmiş sinir uclarından qaynaqlandığı bildirilib.
İzləyicilərdən biri “adətən ət çox təzə olduğu üçün əzələlər hələ hərəkət edə bilir” şərhini yazıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar