Xəbər lenti
Azərbaycanlı iş adamı İstanbulda belə vuruldu – ANBAAN

İstanbulun Mərtər rayonunda azərbaycanlı iş adamı tapançadan açılan atəş nəticəsində yaralanıb.
Azərbaycanlı iş adamı ailə üzvləri ilə axşam saatlarında evə qayıdarkən, yaşadığı binanın qarşısında silahlı hücuma məruz qalıb. Məlumata görə, iş adamı naməlum şəxslərin açdığı 4 atəş nəticəsində ayağından güllə yarası alıb. Yaralı iş adamı dərhal xəstəxanaya çatdırılıb. Araşdırmalarımız nəticəsində İstanbulda yaralanan şəxsin iş adamı Rasim Babayev olduğu müəyyən edilib.
O, 2003-2010 ci illərdə istanbul Memar Sinan Universitetinin Memarlıq fakultəsində Dövlət Xətti ilə (TCS) təhsil alıb. Təhsil müddətində fəal tələbələrdən olan Rasim Babayev universiteti bitirdikdən sonra “ByButa Tour” turizm şirkətini quraraq, biznes fəaliyyətinə başlayıb. İş həyatı zamanı hər zaman həmyerlilərimizə və Türkiyədə təhsil alan azərbaycanlı tələbələrə dəstək olan Babayev İstanbulda fəaliyyət göstərən xeyriyyəçi Azərbaycan dərnəyinin də qurucu üzvlərindən biridir.
Ehtimala görə, Rasim Babayevə sui-qəsd edilməsinin əsas səbəbi onunla köhnə iş ortaqları arasında baş vermiş narazılıqlardır. (yenicag
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər

.jpg)

Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar