Sizin Reklam Burada
Xəbər lenti
28-02-2025
27-02-2025
BÜTÜN XƏBƏRLƏR

Bakıda DƏHŞƏTLİ QƏZA - 7 maşın toqquşdu – VİDEO

Tarix: 23-07-2019 09:59     Baxış: 2236 A- / A+
Bakıda DƏHŞƏTLİ QƏZA - 7 maşın toqquşdu


Bakının Nərimanov rayonunda 7 maşının toqquşması nəticəsində 5 nəfər yaralanıb.


Ziya Bünyadov prospektində hərəkətdə olan "Schacman" markalı yük maşını 2 ədəd "Mercedes", "Volkswagen", "Ravon", "BMW" markalı maşınlara çırpılıb. Hadisə nəticəsində bir ailənin 3 üzvü, "Volkswagen"-də olan 2 nəfər xanım xəsarət alıb.

Hadisə yerinə Təcili Tibbi Yardım və DYP əməkdaşları cəlb olunub. Qəzadan sonra ərazidə ciddi tıxac yaranıb. İlkin məlumata görə, hadisəyə səbəb "Schacman" markalı yük maşınının sürücüsü olub.

Qəza nəticəsində "BMW" markalı minik maşınında yaralanan bir ailənin 3 üzvünün kimliyi bəlli olub. "BMW"-nin sürücü 54 yaşlı Əhmədov Şirxan İlya oğlu qol və baş nahiyəsindən, onun həyat yoldaşı, 54 yaşlı Quliyeva Reyhan Gəray qızı və övladları 24 yaşlı İlyaszadə Mirvari Şirxan qızı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıb.

İlkin məlumata görə, tuneldən çıxan yük maşını yüksək sürətlə hərəkətdə olub.

Ziya Bünyadov prospektində baş vermiş son iki yol qəzası səbəbindən DYP əməkdaşları tərəfindən hazırda hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə "Qələbə" dairəsi istiqamətindən Nərimanov rayonu ərazisinə gedən yoldakı tunelə giriş-çıxışa məhdudiyyət qoyulub./metbuat.az/

Faktla bağlı araşdırma aparılır.



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar