Xəbər lenti
Çin vətəndaşının pul kisəsini oğurlayan şəxs saxlanılıb - VİDEO

Bakıda Çin vətəndaşına qarşı avtobusda cibgirlik olub.
Manevr.az-ın məlumatına görə, zərərçəkmiş qadın Yasamal Rayon 28-ci Polis Bölməsinə məlumat verərək, avtobusda olan zaman naməlum şəxsin onun içərisində 200 manat, sənədlər və şəxsi əşyaları olan pul kisəsini oğurladığını bildirib.
Bölmə əməkdaşlarınını keçirdikləri əməliyyat nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş paytaxt sakini Xalid Şəmşiyev saxlanılıb. O, ifadəsində qeyd edilən hadisəni törətdiyini etiraf edib.
Saxlanılan şəxsin ətrafında aparılan əlavə əməliyyat tədbirləri zamanı onun bir neçə ay əvvəl başqa cinayət törətdiyi də məlum olub. O, ifadəsində Yasamal rayonunda bir avtomobildən də oğurluq etdiyini etraf edib.
Faktla bağlı 28-ci Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Yasamalı Rayon Polis İdarəsinə göndərilib, istintaq tədbirləri davam etdirilir.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar