Sizin Reklam Burada
Xəbər lenti
23-08-2026
22-08-2026
BÜTÜN XƏBƏRLƏR

Maskalı şəxslər Bakıda evə hücum etdilər

Tarix: 05-12-2016 19:27     Baxış: 2464 A- / A+
Maskalı şəxslər Bakıda evə hücum etdilər

Bakıda maskalı şəxslər evə basqın ediblər.

Manevr.az saytı “Report” istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu, Ramana qəsəbəsi 12-ci mədən, Əmir Bağırov küçəsində baş verib.

Belə ki, iki maskalı şəxs burada yerləşən fərdi evin pəncərəsinin sındırılması yolu ilə içəri daxil olublar. Onlar ev sahibəsi 33 yaşlı Şahverdiyeva Pakizə Məhəmməd qızına polisə xəbər verəcəyi halda üç azyaşlı uşağını öldürəcəyi ilə təhdid ediblər. Evdən qızıl-zinət əşyaları, məişət avadanlığı aparılıb. P.Şahverdiyeva qorxaraq azyaşlı övladları ilə birgə Sabunçu rayonunda yerləşən anasının evinə gedib.

O, evin mətbəxində özünə bıçaqla bir zərbə vurub. P.Şahverdiyeva ağır xəsarət alaraq 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinin əməkdaşları araşdırmalara başlayıb.

Qeyd edək ki, hadisə vaxtı ev sahibi Allahverdi Şahverdiyev evdə olmayıb. O, fərdi şəkildə beynəlxalq karate yarışlarında iştirak edir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar