Sizin Reklam Burada
Xəbər lenti
27-04-2024
26-04-2024
BÜTÜN XƏBƏRLƏR

Ögey oğlunu anasının gözü önündə döyərək əzab verdi – Azərbaycanda

Tarix: 19-07-2019 15:23     Baxış: 3154 A- / A+
Ögey oğlunu anasının gözü önündə döyərək əzab verdi – Azərbaycanda


Kürdəmirdə ögey oğluna əzab vermə və ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqda təqsirləndirilən Abdulla Abdullayevin cinayət işi üzrə məhkəmə iclası yekunlaşıb.

Manevr.az xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakim Aqil Musayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, o, 15 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 2018-ci ilin iyul ayının əvvəlində Kürdəmir rayonu, Muradxan kəndi ərazisində baş verib. Həmin kənddə yerləşən fermada A.Abdullayevlə ər-arvad münasibətində yaşadığı S.Yaqubovanın oğlu, 2013-cü il təvəllüdlü Murad Yaqubov kibritlə ot tayasını yandırmaq istəyib.

Buna əsasəbləşən A.Abdullayev ögey oğlunun sinəsinə sillə və yumruqla bir neçə dəfə zərbə vurub. Daha sonra A.Abdullayev M.Yuqubovun dəcəllik etdiyini əsas gətirərək, onu bir neçə dəfə döyüb və azyaşlıya anasının gözü önündə əzab verib. İyulun 21-də isə M.Yuqubov aldığı xəsarətlər nəticəsində həmin fermada ölüb.

A.Abdullayev hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb və barəsində əzab vermə və ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma maddəsi ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Şirvan Apellyasiya Məhkəməsi onun apellyasiya şikayətini təmin etməyib.



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar