Xəbər lenti
Meyvəli bazardakı kütləvi zəhərlənmənin səbəbi açıqlandı

"Bazarda zəhərlənənlər satıcı olublar".
Manevr.az xəbər verir ki, bu barədə lent.az-a açıqlamasında zəhərlənənlərin yerləşdiyi 1 saylı Kliniki Tibbi Mərkəzin Yoluxucu xəstəliklər şöbəsinin müdiri Gülnarə Babayeva məlumat verib. O bildirib ki, satıcılar səyyar satıcıdan aldıqları yuxada olan soyutma yumurtadan zəhərləniblər: "Zəhərlənmə hər birində özünü müxtəlif müddətdən sonra göstərməyə başlayıb. Belə ki, 3 xəstə bu gün saat 12 radələrində, 1 xəstə təxminən 1 radələrində, bir xəstə isə saat 2-ə qalmış şöbəyə qəbul edilib”.
G.Babayeva əlavə edib ki, zəhərlənənlərin vəziyyətləri qənaətbəxşdir: "Təxminən 10 dəqiqə əvvəl 3 nəfər ərizə yazaraq bildiriblər ki, vəziyyətləri yaxşıdır və evlərinə yollanıblar. 2 nəfər isə hazırda şöbədədirlər. Onlar da gec gələnlərdir və vəziyyətləri stabildir. Yəgin ki, onlar da bir neçə saat sonra buradan ayrılacaqlar”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar