Sizin Reklam Burada
Xəbər lenti
29-04-2024
28-04-2024
BÜTÜN XƏBƏRLƏR

Masallıdakı dəhşətli qəzanın yeni FAKTları - VİDEO

Tarix: 12-07-2019 11:03     Baxış: 4202 A- / A+
Masallıdakı dəhşətli qəzanın yeni FAKTları - VİDEO


Masallı rayonunda səkkiz nəfərin ölümü ilə nəticələnən mikroavtobus qəzası bir neçə ailəni yasa boğub.

Manevr.az xəbər verir ki, Baku TV-nin əməkdaşları qəza nəticəsində bir evdən üç nəfərin – ata və iki azyaşlı oğlunun öldüyü Rzayevlər ailəsinə baş çəkib.

Əvvəlcə məlum olub ki, bu qəza nəticəsində, əslində, səkkiz deyil, doqquz nəfər ölüb. Belə ki, ailə yaxınlarının verdiyi məlumata görə, hadisə zamanı ölən 2006-cı il təvəllüdlü Rufullayev Ayxan Natiq oğlunun anası intihar edərək həyatına son qoyub.

Rzayevlər ailəsinin yaxınları qəzada birbaşa "99 LH 458” nömrəli "Mercedes” markalı avtomobilin sürücüsü, Lerik rayon sakini Nizami Mustafayevin günahkar olduğunu bildirirlər. Onların sözlərinə görə, qəzanı törədən şəxs hər zaman avtomobili yüksək sürətlə idarə edirmiş. İddiaya görə, hadisə baş verən gün sürücü 270 kilometrlik yolu bir saata qət edib.

Qəza baş verən günü sürücünün həyat yoldaşı, bacısı və bacısının azyaşlı övladı da avtobusda olub. İddia olunur ki, hətta Nizami Mustafayev maşını yüksək sürətlə idarə etdiyi üçün öz həyat yoldaşı avtobusdan düşərək qayınatasının avtobusuna minib.

Ailənin yaxınları sonda müvafiq qurumlara müraciət edərək, bu kimi sürücülərə qarşı ciddi tədbirlər görülməsini istəyiblər.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar