Sizin Reklam Burada
Xəbər lenti
18-01-2025
17-01-2025
BÜTÜN XƏBƏRLƏR

Salyanda qızını öldürən atanın acı hekayəti - Qarabağ əlili imiş

Tarix: 04-12-2016 18:16     Baxış: 6346 A- / A+
Salyanda qızını öldürən atanın

4 gün əvvəl Salyan rayonunun Xurşud kənd sakini, 18 yaşlı Fərqanə Əsədovanı qətlə yetirən atası Rauf Əsədov 2-ci qrup Qarabağ əlili imiş.

Manevr.az xəbər verir ki, bu barədə virtualaz.org-a məlumatı mərhum qızın yas yerində əmisi Babək Əsədov verib. B.Əsədov deyib ki, qardaşı, 1975-ci il təvəllüdlü Rauf orta məktəbdə əlaçı şagird olub. Amma sonralar təhsilini davam etdirməyib, sürücü-mexanik peşəsinə yiyələnib. Kənd təsərrüfatı texnikalarının təmiri üzrə ən yaxşı ustalardan sayılırmış.

Ailə həyatı qurub. Kiçiyi 10, böyüyü 20 yaşında olan 5 uşaq atası olub. Evləri olmadığından kənddəki istifadəsiz köhnə məktəb binası məskunlaşmaq üçün onlara verilibmiş. Elə qətl hadisəsi də burada baş verib.

Rauf Əsədov 1992-ci ildə Qarabağ uğrunda gedən döyüşlərin birində ağır yaralanaraq 2-ci qrup əlil olub. Elə o vaxtdan da əsəb sarsıntısı keçirdiyindən psixolji problemləri yaranıb, içkiyə və narkotikə qurşanıb. Nəticədə iki dəfəyə 10 ildən yuxarı məhkumluq həyatı yaşayıb. Bir dəfə dava-dalaş, bir dəfə isə narkotikə görə cəza çəkib.

Salyanda qızını öldürən atanın

Qardaşı deyir ki, Rauf bəzən bir həftə düzəlib “ağıllı-başlı “ adam olurdu, sonra yenə aqressiv duruma düşürdü və səbəbsiz yerə dava-dalaş salırdı. Bir ay əvvəl-dörd il yarım həbs çəkəndən sonra azadlığa çıxıbmış.

Saytın digər mənbələrdən əldə etdiyi məlumata görə, həbsdən qayıdan Rauf həyat yoldaşını döyüb-söyərək incitdiyindən qadın atası evinə gedibmiş. Ailədə hələ Raufun həbsindən əvvəl də münaqişə yaşanırmış və hətta Əsədovlar ailəsi münaqişəli ailə kimi polisdə qeydiyyatda imiş. Belə ki, bir neçə gün əvvəl Rauf qızı Fərqanənin üzərinə qaynar çaydan ataraq xəsarət yetirdiyinə görə polisdə araşdırma aparılırmış. Hadisədən 1 gün əvvəl isə atası Fərqanəni rayon mərkəzinə apararaq onun üçün xeyli əyin-baş alıb. Amma evə qayıdan axşamı bıçaqla vuraraq əvvəlcə yaralayıb, bir qədər keçdikdən sonra isə yaralı qızı 2-ci bıçaq zərbəsi ilə ürəyindən vuraraq qətlə yetirib.

Salyanda qızını öldürən atanın

Deyilənə görə, Rauf həmin axşam 2 şüşə araq içibmiş... Qızını öldürən sərxoş ata gecə saat 3 radələrində ağlaya-ağlaya oğlu, 17 yaşlı Əkbəri yuxudan oyadıb ki, “Fərqanəni qətlə yetirmişəm”. Əkbər isə, atası həbsxanadan yenicə çıxdığından, polisə gəlib və qətli üzərinə götürüb. Amma hüquq-mühafizə orqanlarının apardığı istintaq-əməliyyat tədbirləri nəticəsində Rauf Əsədov qızını sinə nahiyəsindən 2 dəfə bıçaqla vuraraq qətlə yetirdiyini etiraf edib.

Salyanda qızını öldürən atanın

Onu da qeyd edək ki, Əsədovlar ailəsinin mühafizəkar olduğu deyilir. Belə ki, reportaj zamanı göstərməyə Fərqanənin bir şəklinin belə olmadığını bildiriblər. Hətta qızın məzarındakı nişan taxtası üzərində ad və soyadı da yazılmayıb.

Faktla bağlı Salyan Rayon Prokurorluğunda cinayət işi qaldırılıb

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar