Sizin Reklam Burada
Xəbər lenti
22-09-2026
21-09-2026
BÜTÜN XƏBƏRLƏR

Oteldə sevgilisinə 11 bıçaq vurdu - Yalan danışdığı üçün

Tarix: 04-07-2019 17:39     Baxış: 3194 A- / A+
Oteldə sevgilisinə 11 bıçaq vurdu - Yalan danışdığı üçün


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Nəriman Əliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Manevr.az bildirir ki, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı yekunlaşıb və dövlət ittihamçısı çıxış edib.

Prokuror təqsirləndirilən şəxsin 20 il azadlıqdan məhrum edilməsini istəyib.

İttihama görə, ötən ilin sentyabr ayında Abşeron rayonu ərazisində yerləşən "Oskar" otelində 35 yaşlı N.Əliyev yaxın münasibətdə olduğu 21 yaşlı Aysel Orucovanı 11 bıçaq zərbəsi ilə qətlə yetirib.

Araşdırma zamanı N.Əliyevlə A.Orucovanın üç il əvvəl Pirşağıda yerləşən klubların birində tanış olduğu və tez-tez görüşdükləri məlum olub.

Şübhəli şəxs polisə verdiyi ifadəsində hadisəni A.Orucovanın ona yalan danışdığına görə törətdiyini bildirib.

Ona Cinayət Məcəlləsinin 120.2.11 (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham verilib. \Trend


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar