Sizin Reklam Burada
Xəbər lenti
22-01-2025
21-01-2025
BÜTÜN XƏBƏRLƏR

66 yaşlı şöbə müdiri niyə intihar edib? - Açıqlama

Tarix: 03-12-2016 13:22     Baxış: 3326 A- / A+
66 yaşlı şöbə müdiri niyə intihar edib?


Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Göyçayda intihar hadisəsi baş verib. Rayon Uşaq Xəstəxanasının şöbə müdiri, 42 il həkim işləyən Rafael Fazilov yaşadığı evdə özünü asıb.

Şöbə müdirinin hansı səbəbdən intihara əl atması məlum deyil.

Xəstəxananın baş həkimi Şaban Osmanov bildirib ki, Rafael Fazilovun indi kimi heç nədən şikayəti olmayıb. Onun intihar etməsi iş yoldaşlarını və yaxınlarını təəccübləndirib.

“Onun həyat yoldaşı bizdə işləyir, baş tibb bacısıdır. Rafael çox yaxşı insan idi. Ailəsində və iş yerində hər hansı problem olmayıb. Ən azından şikayəti olsaydı, öz ailəsinə bildirərdi. Bir-iki il bundan əvvəl ürəyindən əməliyyat olunmuşdu. Bununla əlaqədar arada narahatlıq, ağrı keçirirdi. Bəzən halı pisləşirdi, özündən getmələri olurdu. Amma niyə intihar etməsinin səbəbini heç kim bilmir. Ailəsi də bundan xəbərsizdir. Bəlkə də şeytan ağlını əlindən alıb, belə iş görüb. Gecə gəlib xəstələrinə baş çəkib, yoxlayıb sonra evə gedib. Səhərə yaxın özünü evdə asıb”.

Ş. Osmanovun sözlərinə görə, Rafael Fazilovun maddi durumu normal olub: “Kollektivdə hamı onu çox istəyirdi. Pis adam deyildi. Dekabrın 15-də 66 yaşı olacadı. Nüfuzlu, yaxşı pediatr idi. Öz sahəsini yaxşı bilən həkim idi. İki övladı var. Biri həkim, digəri müəllimədir. Tərbiyəli ailədirlər. İşdə heç vaxt problemli adam olmayıb”.AzVision.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar