Xəbər lenti
Ərəb türk qadını təhqir etdi, minlərlə insan ayağa qalxdı - Kütləvi dava - Şəkil/Video
Qazaxıstanın Tengiz şəhərindəki zavodun 1000-ə yaxın işçisi təhqiramiz fotoya görə tətil ediblər.
Manevr.az-ın xəbərinə görə, liviyalı Əli Davud Qazaxıstanlı həmkarı ilə olan fotosunu yayıb. Fotoda onun əlində radio qurğusu var. O, qurğunu əlində arxadakı qızın dodaqları səviyyəsidə saxlayıb.
Sputnik Kazakhstan-ın xəbərinə görə, bu foto kütləvi etiraza səbəb olub. Bunu təhqiramiz hərəkət hesab edən qazaxlar kütləvi şəkildə hücum edərək ərəb həmkarlarını döyməyə başlayıblar. Hadisə nəticəsində yaralıların olduğu bildirilir.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Energetika nazirinin birinci müavini Muxambet Dosmuxambetov gəlib. Ərəblər zavoddan evakuasiya ediliblər. Qəzəblənən kütlə avtobusu daşa basıb.
Qalmaqallı fotonu yayan şəxs isə videomüraciət yayaraq, Qazaxıstan xalqından üzr istəyib. O, sadəcə, həmkarının şəklini çəkdiyini, heç kimi təhqir etmək fikrinə olmadığını bildirib.teleqraf.com
Manevr.az


Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar