Sizin Reklam Burada
Xəbər lenti
17-11-2025
16-11-2025
15-11-2025
BÜTÜN XƏBƏRLƏR

Məşhur aktrisa həbs edildi: Səbəb Putinlə… - Şok olay

Tarix: 27-06-2019 19:34     Baxış: 3207 A- / A+
Məşhur aktrisa həbs edildi: Səbəb Putinlə… - Şok olay

Məşhur ilalyan aktrisa Ornella Muti saxta sənəd hazırlamaq ittihamı ilə çıxarıldığı məhkəmədə uduzub.

Manevr.az xəbər verir ki, 2015-ci ildən gedən məhkəmə prosesi bu gün başa çatıb.

Muti 2010-cu ildə işlədiyi dövlət teatrına səhhətindəki problemlə bağlı bir sənəd göndərmiş, narahat olduğu iddiası ilə tamaşa oyununa çıxmaqdan imtina etmişdi. Lakin həmin dönəmdə Mutinin Sank-Peterburqda bir qala gecəyə qatıldığı ortaya çıxmışdı. Qalada Rusiya Prezidenti Vladimir Putin və məşhur aktyor Kevin Kostnerlə söhbət edərkən görüntülənən aktrisanın teatra göndərdiyi sənəddə “öskürək və soyuqdəymə” ifadəsi yazılmışdı.

Bundan sonra aparılan araşdırma çərçivəsində 2015-ci ildə Ornella Mutiyə 8 ay həbs cəzası, 600 avro pul cəzası verilmişdi. Qərara etiraz edən aktrisanın müraciət etdiyi məhkəmə prosesi bu gün onun əleyhinə qərar verib.

Mutinin 6 ay həbs, 500 avro pul cəzası aldığı bildirilib. Məhkəmə 30.000 avro verəcəyi halda, həbs cəzasının ləğv ediləcəyini açıqlayıb. Lakin İtaliya mediası Mutinin bu pulu tapa bilməyəcəyini yazır.

Muti 2017-ci ildə borca görə, qızı Naike ilə Romada kirayə tutduğu mənzildən qovulmuşdu.teleqraf.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar