Sizin Reklam Burada
Xəbər lenti
28-02-2025
27-02-2025
BÜTÜN XƏBƏRLƏR

İnsult keçirmiş sabiq nazir danışa bilmir

Tarix: 22-06-2019 20:45     Baxış: 3263 A- / A+
İnsult keçirmiş sabiq nazir danışa bilmir

Prezident İlham Əliyev 20 iyunda imzaladığı sərəncamla Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini, general-mayor Əli Nağıyevi Dövlət Təhlükəsizlik Xidmətinə rəis təyin etdi.

Vaxtilə keçmiş Milli Təhlükəsizlik Nazirliyində yetişmiş və nazir müavini vəzifəsinədək yüksəlmiş Əli Nağıyev kimi peşəkar zabitin yenidən xüsusi xidmət orqanın rəhbərliyinə qaytarılması sabiq “çekistlər” tərəfindən də yüksək qiymətləndirlir.

Maraqlıdır, Azərbaycanın sabiq milli təhlükəsizlik naziri Namiq Abbasovun bu təyinata münasibəti necədir?

Manevr.az xəbər verir ki, modern.az saytının əməkdaşı Namiq Abbasovla əlaqə saxlamağa çalışıb. Lakin yaxınları bildiriblər, son vaxtlar səhhətində ciddi problem yaranmış və insult keçirmiş sabiq nazir hazırda özünü piss hiss etdiyindən danışa bilmir. Hətta onun hazırda mobil telefon belə, işlətmədiyi qeyd edilib.

Qeyd edək ki, 79 yaşlı Namiq Abbasov 1995-ci ilin mart ayından 2004-cü ilin iyul ayınadək Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri vəzifəsində işləyib, general-polkovnik hərbi rütbəsinə qədər yüksəlib.

Nazir postundan azad edildikdən sonra 2004-cü ilin 16 dekabr tarixindən 2012-ci il oktyabrın 31-nə kimi Azərbaycanın Özbəkistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri postunda çalışıb. Səfir vəzifəsini tərk etdikdən sonra təqaüdə çıxıb.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar