Sizin Reklam Burada
Xəbər lenti
18-01-2025
17-01-2025
BÜTÜN XƏBƏRLƏR

Bakıda təcili tibbi yardım maşını dəhşətli qəzaya düşdü : xəstə öldü

Tarix: 02-12-2016 11:10     Baxış: 4505 A- / A+
Bakıda təcili tibbi yardım maşını dəhşətli qəzaya düşdü


Bakıda təcili tibbi yardım avtomobili ağır qəzaya düşüb. Manevr.az-ın məlumatına görə, hadisə Hövsan qəsəbəsi Məktəbli küçəsində baş verib. Dünən saat 10:30 radələrində “Mercedes” markalı 90 JD 888 dövlət qeydiyyat nişanlı tibbi yardım maşını ilə 10 HV 177 nömrəli “AzSamand” toqquşub. Nəticədə tibbi yardım maşınındakı 1955-ci il təvəllüdlü Əliyev Faiq Qədir oğlu vəfat edib.

Qeyd edək ki, hadisə ilə bağlı ilk xəbəri report yayıb. Bildirilir ki, 11 saylı Təcili Yardım Stansiyasının 24 nömrəli "Təcili yardım" avtomobili çağırış əsasında Hövsan qəsəbəsi Koorporativ ev 14 ünvanından kəskin mədə ağrısı ilə 61 yaşlı Əliyev Faiq Qədir oğlunu xəstəxanaya çatdırmaq istəyib. Hövsan yolunda "Azsamand" markalı avtomobil qəfildən "Təcili yardım" maşınına çırpılıb. Əraziyə digər "Təcili yardım" avtomobili cəlb edilib. Lakin qəza nəticəsində yaralanan F.Əliyevin həyatını xilas etmək mümkün olmayıb. Onun yanındakı tibb bacısı isə qəza zamanı xəsarət alıb.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar