Sizin Reklam Burada
Xəbər lenti
07-11-2026
06-11-2026
BÜTÜN XƏBƏRLƏR

Gürcüstanda azərbaycanlı hamilə qadın öldü

Tarix: 15-06-2019 16:56     Baxış: 3286 A- / A+
Gürcüstanda azərbaycanlı hamilə qadın öldü


Gürcüstanın Qardabani rayonunun Nəzərli kənd sakini, 33 yaşlı hamilə qadın ölüb.

Manevr.az “Report”a istinadən xəbər verir ki, 8 aylıq hamilə olan S.Yusubova ötən gün özünü pis hiss edib. Yaxınları onu günorta saatlarında xəstəxanaya aparıblar. Həkimlər ona bir neçə dərman yazaraq evə buraxıblar.

S.Yusubova evə gəldikdən bir neçə saat sonra halı pisləşib və o, yenidən xəstəxanaya çatdırılıb. Gecə saatlarında isə xəstəxanadan yaxınlarına S.Yusubovanın dünyasını dəyişdiyi bildirilib.

Qadının meyiti Rustavi şəhər Ekspertiza mərkəzinə aparılıb.

Doğmaları S.Yusubovanın ölümündə həkimləri günahlandırırlar. Onlar bildiriblər ki, qadın həkimlərin ehtiyatsızlığı səbəbindən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar