Xəbər lenti
Salyanda 18 yaşlı qızı atası öldürübmüş - qətli oğlunun üstünə atıb

Salyan rayonun Xurşud kənd sakini 42 yaşlı Rauf Hüseynov qızı, 11-ci sinif şagirdi Fərqanə Hüseynovanı ürək nahiyəsindən bıçaqlayaraq qətlə yetirib.
Virtualaz.org saytının Şirvan bürosunun qızın qohumlarından aldığı məlumata görə, Rauf Hüseynov 15 gün imiş ki, həbsxanadan çıxıbmış və narkotik maddələrin satışına görə 10 ildən yuxarı həbsxana həyatı yaşayıb.
Çoxuşaqlı ailəsi kasıblıq ucbatından Xurşud kənd məktəbinin köhnə və istifadəsiz binasında məskunlaşıbmış. Narkomanlıqdan əl çəkməyən Raufun həyat yoldaşı əri tərəfindən döyülüb-söyüldükdən sonra evdən gedibmiş. Bundan əsəbiləşən ər “acığını” doğma qızından çıxaraq onu qətlə yetirib.
Kənd sakinləri Fərqanə Hüseynovanın dərslərini yaxşı oxuduğunu və tərbiyəli bir uşaq olduğunu da bildirdilər.
Xatırladaq ki, bu gün Salyan rayonunun Xurşud kəndində 18 yaşlı Fərqanə Rauf qızı Hüseynovanın qətlə yetirilmiş meyiti evlərində aşkarlanıb. Virtualaz.org-un Şirvan bürosunun bildirdiyinə görə, qətlin dünən, noyabrın 30-da baş verdiyi ehtimal edilir. Qızın döş qəfəsi nahiyəsindən iki bıçaq zərbəsi ilə qətlə yetirildiyi bildirilirdi.
Hadisədən sonra Rauf Hüseynov cinayəti 17 yaşlı oğlu Əkbər Hüsenovun boynuna atsa da, prokurorluq əməkdaşları həqiqəti üzə çıxarıblar.
Hazırda Rauf Hüseynov həbs olunub. Faktla bağlı Salyan Rayon Prokurorluğunda cinayət işi qaldırılıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar