Xəbər lenti 
					
 
		Keçmiş polis zabiti özünü güllələdi
Şəmkir şəhər sakini özünü güllələyib.
Manevr.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, avqustun 12-də Şəmkir şəhərində yaşayan Qafqaz İsgəndərov həyətində odlu silahdan açdığı atəşlə özünü öldürüb.
Şəmkir RPŞ əməkdaşları tərəfindən hadisə yerindən nömrəsi silinən “Revolver” tipli tapança, 4 ədəd patron və 1 ədəd giliz götürülüb.
Faktla bağlı araşdırma aparılır.
***
11:32
Şəmkir sakininin odlu silahla intihar etməsi ilə bağlı bəzi məqamlar ortaya çıxıb.
Avqustun 12-də Şəmkir şəhərində intihar edən 1959-cu il təvəllüdlü Qafqaz İsgəndərov uzun müddət Rusiya polis orqanlarında çalışıb. O, özünü öldürdüyü tapançanı Rusiyadan gətirib.
Qafqaz İsgəndərov bir müddət əvvəl həyat yoldaşından boşanıb. Şəmkirdə ata evində qardaşı ilə qonşuluqda yaşayan Q. İsgəndərov uzun müddətdir ki, ürək xəstəliyindən əziyyət çəkirmiş. O uzun müddətdir yalnız və özünə qapanıq şəkildə yaşayırmış.
Q.İsgəndərov hadisə günü qardaşı ilə bazara gedib. Bu gün atasının ölümünün il dönümü olduğuna görə qardaşlar yas üçün alış-veriş ediblər. Evə qayıtdıqdan sonra Q.İsgəndərov qardaşına deyib ki, çimib onun evinə keçəcək. Hamamdan çıxdıqdan sonra isə Rusiyadan özü ilə gətirdiyi köhnə model tapança ilə başına atəş açaraq özünə qəsd edib.
Faktla bağlı araşdırma aparılır.Lent.az
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 
















