Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

"Anama dedi ki, sağ ol, balam"- 16 yaşlı gəncin namus cinayəti

Tarix: 11-06-2019 12:53     Baxış: 3149 A- / A+
"Anama dedi ki, sağ ol, balam"- 16 yaşlı gəncin namus cinayəti


Namus üstündə tanımadığı şəxsi bıçaqlayan 17 yaşlı gənc hakim qarşısına çıxarılıb.

Manevr.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda ittiham edilən 2002-ci il təvəllüdlü Əli Qasımovun (ad və soy ad şərtidir) cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Hakim Novruz Kərimovun sədrliyi ilə məhkəmənin baxış iclası baş tutub.

Əvvəlcə dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihamda yazılır ki, Əli Qasımov əvvəllər tanımadığı Elvin Əliyevi aralarında yaranmış mübahisə zamanı bıçaqla vurub.

Ə.Qasımova qarşı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.

Elan olunmuş ittihamla Əli özünü təqsirli bilib. Əməlindən peşman olduğunu da söyləyib.

Hadisə baş verən vaxt Əlinin 16 yaşı olub. O, Elvin Əliyevi namus üstündə vurduğunu deyib.

Hakimin suallarına cavab olaraq isə hadisənin təfərrüatını belə danışıb:

"Anamla telefonda danışırdı. Mən də şübhələndim. Sonra səs yazısına qulaq asdım. Bir kişi bir qadına münasibət qurmaq üçün nə demək lazım idisə deyirdi. Ən çox da sonuncu sözünə görə onu vurdum"- deyə Əli bildirib.

Əli anasına deyilən və onun cinayət törətməsinə səbəb olan həmin ifadəni də məhkəmənin diqqətinə çatdırıb.

"Sonda sağollaşanda anama dedi ki, sağ ol, balam. Bu sözdən sonra əsəbləşdim. Zəng edib görüşmək istədiyimi dedim. Sumqayıtda ASAN Xidmətin arxasında görüşdük. Mən ondan bu hərəkətinin səbəbini soruşdum. İnkar elədi. Mən də ona dedim ki, kimsə sənin anana belə hərəkət etsə, xoşuna gələr? Sonra mübahisə elədik. Bıçağı çıxarıb onu vurdum. Mən üstümdə bıçaq gəzdirən adam deyiləm. Həmin gün götürdüm. Məqsədim onu qorxutmaq idi. Vurandan sonra o qaçdı. Mən də bıçağı orada bir əraziyə atıb taksi ilə oradan uzaqlaşdım. Artıq gözlərim qaralmışdı. Həyəcandan özümü itirmişdim"- deyən Əli əməlindən peşman olduğunu söyləyib.

Bildirib ki, zərərçəkmiş tərəflə barışıq əldə edilib.

Məhkəmədə zərərçəkmiş Elvin Əliyev də dindirilib. Hazırda səhhətində heç bir problem olmadığını deyən Elvin Əliyev təqsirləndirilən Əlinin dediklərinin həqiqət olmadığını söyləyib.

Bildirib ki, Əlinin anası ilə münasibəti olmayıb.

"Mən ASAN Xidmətdə işləyirəm. Bir neçə dəfə sənəd işi ilə bağlı müraciət edib. Bundan sonra da əlaqələrimiz sırf işlə bağlı olub"- deyən Elvin Əliyevə hakim sual verib.

Sualdan məlum olub ki, Elvin Əliyevlə Əlinin anasının tanışlığı 2014-cü ildən olub. Hakim daha bir sual verərək soruşub ki, işlə bağlı danışıq və ya əlaqə niyə şəxsi telefonla aparılıb?

Elvin Əliyev həmin ərəfədə işlədiyi mərkəzdə daxili xətlərin olmadığını söyləyib.

Əli və zərərçəkmiş şəxs ifadə verən zaman adı bu işdə keçən S.Qasımova (Əlinin anası; ad və soy ad şərtidir) dərindən nəfəs alaraq, ifadələrə başını yelləyərək reaksiya verib. Bu, hakimin diqqətindən yayınmayıb və S.Qasımovaya xəbərdarlıq edib. Hakim bildirib ki, onun bu hərəkəti prosesin gedişatına problem yaradır.

Məhkəmə araşdırması davam etdirilir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar