Sizin Reklam Burada
Xəbər lenti
27-02-2025
26-02-2025
BÜTÜN XƏBƏRLƏR

Gürcüstanda QAN DAVASI: azərbaycanlı ailə gülləbaran edildi…

Tarix: 07-06-2019 15:24     Baxış: 3171 A- / A+
Gürcüstanda QAN DAVASI: azərbaycanlı ailə gülləbaran edildi…


Gürcüstanın Kaspi rayonunun azərbaycanlılar yaşayan Xidiskuri (Körpü qulağı) kəndində yerləşən evlərdən birinə silahlı basqın olub.

Nəticədə 70 yaşlı kişi ölüb, onun 50 yaşlı həyat yoldaşı isə başından güllə yarası alıb.

Qadın xəstəxanaya çatdırılıb. Hadisə yerində odlu silah və ov tüfəngi tapılıb.

Gürcüstan Azərbaycanlılarının Milli Konqresinin (GAMK) sədri Əli Babayev sayta bildirib ki, hadisəyə səbəb qan davası olub. Onun sözlərinə görə, silahlı basqın nəticəsində öldürülən şəxs Şıxəli Camaloğlu, qətli törədən şəxs isə kənd sakini Nizam Qurbanovdur: “Şıxəli Camaloğlu 25 il bundan qabaq Nizam Qurbanovun yaxın qohumunu öldürüb və bu cinayət üstündə 11 il həbs cəzası çəkib. Nizam Qurbanov qətli intiqam məqsədi ilə törədib”.

Ə.Babayev vurğulayıb ki, hadisə zamanı boğazından yaralanan Ş.Camaloğlunun həyat yoldaşı xəstəxanada ağır vəziyyətdədir.

GAMK sədri qətli törədən N.Qurbanovun hələ saxlanılmadığını qeyd edib.

Faktla bağlı iki və daha çox şəxsin qətlə yetirilməsi maddəsi üzrə istintaq aparılır. Qətli törədən şəxsi 16 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir. \report


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar