Xəbər lenti
Gələcəyin “gitara-təyyarə”si: ekoloji təmiz, qənaətcil
Niderlandın Delft Texniki Universitetinin mühəndisləri “Flying-V” laynerinin modelini hazırlayıblar.
Nat-Geo xəbər verir ki, qeyri-adi konstruksiyaya malik, ekoloji təmiz və qənaətcil laynerə “Airbus A350” təyyarəsindən 20 faiz az yanacaq lazımdır. Sərnişin tutumu 314 nəfər, qanadlarının genişliyi isə 65 metr təşkil edir.
Bu hava gəmiləri üçün ayrıca uçuş-eniş zolağı, traplar, anqarlar inşa etməyə ehtiyac yoxdur: “Airbus” və “Boeing” laynerlərinin istifadə etdikləri onları qane edir.
“İnqilabi” təyyarələr rok musiqisinin Cimi Hendriks, Kit Riçards kimi bir çox ulduzlarının ifa etdiyi “Gibson Flying-V” əfsanəvi elektrik gitaralarının şərəfinə belə adlandırılıb. Laynerin “V” formalı xarici görünüşü məhz bu musiqi alətini xatırladır.
Digər təfərrüatlar isə hələlik sirr saxlanılır. Təqdimatın oktyabrda, Amsterdam aeroportunun 100 illik yubileyində keçiriləcəyi gözlənilir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar