Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

Qonşusunun 10 yaşlı qızını liftə saldı və…- TÜKLƏRİ BİZ-BİZ EDƏCƏK ƏMƏL

Tarix: 01-06-2019 18:36     Baxış: 5172 A- / A+
Qonşusunun 10 yaşlı qızını liftə saldı və…- TÜKLƏRİ BİZ-BİZ EDƏCƏK ƏMƏL

Bakıda yetkinlik yaşına çatmayan qıza təcavüz etməkdə təqsirli bilinən Rasim Tağıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Rasim Tağıyev 31 avqust 2018-ci il tarixdə, saat 21 radələrində sərxoş vəziyyətdə yaşadığı Binəqədi rayonundakı evinin yaxınlığına gəlib.

Liftdə qonşusunun qızı ilə rastlaşdı

Rasim Tağıyev yaşadığı evin yerləşdiyi bloka daxıl olub və liftin gəlməsini gözləyib. Həmin vaxt yaşadığı mənzilə getmək üçün bloka daxil olmuş qonşusu, 2008-ci il təvəllüdlü İlhamə Həsənovanı görüb.

Onlar birlikdə liftə daxil olublar. Liftdə olan zaman Rasim Tağıyev 14 yaşına çatmayan qonşu qızının çiynini və saçını sığallayıb.

Liftdə əxlaqsızlıq

Daha sonra Rasim Tağıyev azyaşlı qızın sinə nahiyəsinə əlini salıb və onun sinəsinə toxunub. İlhamə Həsənov əlini sinəsinə sıxmaqla ona mane olub, onun əlini geri çəkib.

Bununla da Rasim Tağıyev on dörd yaşına çatmayan qıza qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər edib. Azyaşlı baş verən olayı valideynlərinə danışıb.

Azyaşlının valideynləri şikayətçi oldu

İlhamə Həsənovanın valideynləri Rasim Tağıyevin əxlaqsız hərəkətlərindən hüquq-mühafizə orqanlarına şikayət edib. Şikayət əsasında aparılan 11 ay təhqiqat araşdırmasından sonra oktyabrın 11-də Rasim Tağıyev həbs olunub.

İstintaq orqanı tərəfindən Rasim Tağıyevin barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib.

Cəza yüngül oldu

Rasim Tağıyevin cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Azər Paşayevin sədrlik etdiyi kollegiyada araşdırılıb.

Məhkəmənin hökmü ilə Rasim Tağıyevə qarşı istintaq orqanı tərəfindən sürülən maddə dəyişdirilib. Məhkəmə onu Cinayət Məcəlləsinin 153.2-ci (on dörd yaşına çatmayan şəxs barəsində əxlaqsız hərəkətlər törətmə) maddəsi ilə ittiham verib.

Hökmə əsasən, Rasim Tağıyev 2 il 2 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəza çəkmə müəssisində çəkməsi, cəzasının əvvəl 2018-ci ilin oktyabrın 11-dən, həbs olunduğu gündən hesablanıb.

Bəraət istədi, istəyi reallaşmadı


Hökmdən narazı qalan Rasim Tağıyev apelyasiya şikayəti verib. O, şikayətində günahsız olduğunu, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Rasim Tağıyevin şikayəti araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Rəşad Abdulovun sədrliyilə baş tutan iclasda Rasim Tağıyevin şikayətinin dəlilləri araşdırılıb.

Apelyasiya şikayətini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, Rasim Tağıyevin şikayəti təmin olunmayıb.gununsesi

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar