Xəbər lenti
Təyyarə qəzasında 21 jurnalist öldü

Bu gün səhər saatlarında Kolumbiyada qəzaya uğrayan təyyarədə Braziliya KİV-inin 21 əməkdaşı həlak olub.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Braziliya Jurnalist Federasiyasının bəyanatında deyilir.
Həlak olan jurnalistlərin çox hissəsi Rio-de-Janeyro, Santa-Katarina və San-Pauloda fəaliyyət göstərən qəzetlər, radio və telekanalların əməkdaşlarıdır.
Qeyd edək ki, göyərtəsində braziliyalı futbolçuların da olduğu “RJ85” tipli sərnişin təyyarəsi Kolumbiya səmasında qəzaya uğrayıb. LAMIA” hava yolları şirkətinə məxsus təyyarənin göyərtəsində 72 sərnişin və 9 nəfər ekipaj üzvü olub.
Çarter reysi ilə uçan təyyarədəki futbolçular Braziliyanın “Chapecoense” klubunun üzvləri olub. Onlar noyabrın 29-da Cənubi Amerika Kuboku uğrunda Kolumbiyanın “Atletico Nacional” klubu ilə oyun keçirməli idi. Səlahiyyətlilər qəza nəticəsində 81 nəfərdən 75-nin öldüyünü açıqlayıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar