Sizin Reklam Burada
Xəbər lenti
30-04-2024
29-04-2024
BÜTÜN XƏBƏRLƏR

Tanınmış ginekoloq əməliyyatda öldü - “Medical Plaza”da növbəti FACİƏ

Tarix: 29-05-2019 10:36     Baxış: 4241 A- / A+
Tanınmış ginekoloq əməliyyatda öldü - “Medical Plaza”da növbəti FACİƏ


Azərbaycanda əməliyyat zamanı daha bir xəstə ölümü baş verib. Bu dəfə əməliyyat masasından qalxa bilməyən şəxsin özü də həkimdir.

Manevr.az xəbər verir ki, "Baku Medical Plaza"da liposaksiya əməliyyatı keçirən, özü də həkim-ginekoloq olan Sona Gürgün Vəliyeva əməliyyatdan sonra dünyasını dəyişib.

Elmi-Tədqiqat Ağciyər İnstitutunda işləyən ginekoloqu əməliyyat edən həmkarı isə daha əvvəl də adı xəstə ölümlərində hallanan estetik-cərrah Sirus Qoçxani olub.

Məsələ ilə bağlı "Baku Medical Plaza"nın mətbuat xidmətindən xəbəri təkzib etməyiblər: "Həkimlə əlaqə saxlayıb, sizə məlumat verəcəyik". Daha sonra zənglərə cavab verilməyib.

Əməliyyatı icra edən Siruz Qoçxani ilə isə əlaqə saxlamaq mümkün olmayıb. Onun telefonunu götürən xanım köməkçisi olduğunu deyib və həkimin əməliyyatda olduğunu bildirib.

Onu da bildirək ki, estetik-cərrah Sirus Qoçxani 2017-ci ilin iyun ayında 21 yaşlı model Leyla Oruclunu da liposaksiya əməliyyatı etmişdi və gənc qız əməliyyatdan sonra dünyasını dəyişmişdi. S.Qoçxani o zaman "Zəfəran Hospital"da işləyirdi. Gənc qızın ailəsi 21 yaşlı modelin ölümündə həkim səriştəsizliyinin olduğunu iddia edirdi.

Son zamanlar bir çox gənc qız və qadınları üz tutduğu qarın piylərinin liposaksiyası əməliyyatı ölüm təhlükəsi yüksək olan əməliyyatlardandır. Qarındakı piylər çıxarılarkən piy qalığının venoz damarlara düşməsi emboliyaya səbəb olur.

Əldə etdiyimiz məlumata görə, Sona xanım Azərbaycanda öz sahəsi üzrə ən peşəkar kadrlardan hesab olur./bakupost.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar