Xəbər lenti
Beynəlxalq axtarışda olan maşın Azərbaycanda tapıldı

Respublika ərazisinə gətirilən, ban nömrəsi saxtalaşdırılan və beynəlxalq axtarışda olan avtomobil aşkarlanıb.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, sənədlərdən və gömrük eyniləşdirmə vasitələrindən aldatma yolu ilə istifadə edərək xarici ölkələrdən Azərbaycan Respublikasının ərazisinə nəqliyyat vasitələrinin gətirilməsi və satışının təşkil edilməsi barədə Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə əməliyyat məlumatı daxil olub.
Belə ki, gömrük rəsmiləşdirilməsi həyata keçirilərkən, 2009-cu il buraxılışlı, şassi nömrəsi "JTJHY00W104040870" olan "Lexus LX 570" markalı avtonəqliyyat vasitəsinin üzərindəki metal lövhə və ban nömrəsinin kustar üsulla vurulması şübhə doğurduğu üçün "Lexus Bakı Mərkəzi" MMC-ə məktubla müraciət edilib.
Yoxlama zamanı "Lexus LX 570" markalı avtonəqliyyat vasitəsinin beynəlxalq axtarışda olduğu, kompüter müayinəsindən sonra həmin nəqliyyat vasitəsinin ban nömrəsinin qeyri istehsalçı müdaxiləsi nəticəsində silindiyi, avtomobilə məxsus qanuni ban nömrənin "JTJHY00W204024709" olduğu müəyyən edilib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar