Xəbər lenti
Monikaya bənzəyən məşhur: Xəyanəti gizlətdi...
Məni məhv edən amillərdən biri də odur ki, daha çox azərbaycanlıyam. Bizə xas üç göstəricimizdən biri utancaqlıqdır. O da bizə çox mane olur.
Manevr.az xəbər verir ki, bu sözləri əməkdar artist, bəstəkar Gövhər Həsənzadə teleqraf.com-un “Brifinq” layihəsinin qonağı olarkən deyib.
Dünyaca məşhur italyan aktrisa Monika Belluçiyə bənzədilməsi haqda danışan bəstəkar bildirib ki, güclü qadın obrazını ən səmimi obraz hesab edir:
“Ailə üzvlərim mənimlə həm demokratik davranırlar, həm də çox sərtdirlər, həmişə deyirlər ki, sən Monikanın nəyinə oxşayırsan, səni niyə ona bənzədirlər? Mən də cavab verirəm ki, gözəllik baxımından demirlər, məni Monika Belluççinin obrazına bənzədirlər.
Monika sanki sadəcə qadın geyimindədir, amma baxışlarından görürsən ki, sona qədər, deyəsən, hər şeyi demir. Güclü qadındır. Kişiliyə xas heç nəyə iddialı deyil, qadın zəifliyini üzdə göstərir... Nə qədər Monikaya oxşasam da, mən zəif qadınam, bu, ideal yanaşmadır”.
Dünyaca məşhur başqa bir qadın – rəssam Frida Kalo ilə bağlı fikirlərini bölüşən Gövhər Həsənzadə ona böyük rəğbət bəslədiyini qeyd edib:
“Fridanın üzdə olan şikəstliklərini mən həyatım boyu daxildə yaşamışam. O, göz qabağında idi, qüsurlarını yox, xəyanəti gizlətdi, mən də şikəstlikləri nümayiş etdirməyi istəmədim. Demirəm, güclü qadın obrazıyam, nə vaxtsa 100 il sonra yadda qalacam, kimsə deyəcək, Gövhər Həsənzadə obrazı-filan... Elə qadın yoxdur ki, həyatda zərbələr almasın. Kişilərimiz qolunun gücü, seçimi ilə durumunu daha asan yerbəyər edər, qadın isə tabe olan tərəf olduğuna görə olmuşları ancaq gizlətməklə, daxildən güc toplamaqla həyatını davam etdirə bilər”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar