Sizin Reklam Burada
Xəbər lenti
28-04-2024
27-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda bu universitetdə saqqal qadağası qoyuldu

Tarix: 21-05-2019 22:47     Baxış: 3201 A- / A+
Azərbaycanda bu universitetdə  saqqal qadağası qoyuldu

Sumqayıt Dövlət Universitetində oğlanlara “saqqal qadağası” qoyulub.

Təhsil ocağının adının açıqlanmamsını istəyən tələbələri bildiriblər ki, saqqalı olan oğlanlar universitetdə dərslərə buraxılmırlar. Hətta buna görə qaib alan tələbələrin artıq şikayətlənməyə başladıqları da söylənilir.

Universitetinin mətbuat katibi Nazxanım Cəlilli bildirib ki, bu, daxili nizam-intizam qaydasıdır. “Sumqayıt Dövlət Universitetində tələbələrə saqqal qadağası qoyulması barədə sualınıza cavab olaraq bildirmək istəyirik ki, təhsil ocağımız bu gün təkcə maddi-texniki bazası, yetişdirdiyi mütəxəssislərlə deyil, həm də mükəmməl kadr potensialı ilə nüfuz sahibidir.

Ali təhsil müəssisələrinin vəzifəsi təkcə peşəkar kadrlar yetişdirmək deyil, həm də sözün həqiqi mənasında dövlətinə, millətinə layiqli vətəndaşlar tərbiyə etməkdir. Bu zaman universitetin qarşısına qoyduğu ən böyük vəzifə həm də təlim-tərbiyə işini yerinə yetirməkdir. Bu vəzifələrin həyata keçirilməsində respublikamızın bütün ali təhsil ocaqları kimi, Sumqayıt Dövlət Universitetinin də özünəməxsus yeri və dəsti-xətti var. Bu gün Sumqayıt Dövlət Universiteti tələbələrə bilik, savad verməklə yanaşı, onlarda estetik zövqün formalaşmasına da xüsusi diqqət yetirir. Çünki əsl tələbə yüksək insani əxlaqa, mədəniyyətə malik olmalı, xalqımızın milli-mənəvi dəyərlərinin daşıyıcısı olmaqla yanaşı, onları gələcək nəsillərə ötürməyi də bacarmalıdır. Bir sözlə, tələbə çalışqan, intizamlı, xarici görkəminə, geyiminə xüsusi fikir verməli, gigiyenik qaydalara əməl etməli, tələbə oğlanların üzü həmişə təraşlı və səliqəli olmalıdır. Ali təhsil müəssisələri gələcəyin ictimai xadimini, müəllimini, həkimini, mühəndisini və s. yetişdirir. Bu səbəbdən də tələbələr geyimi ilə tərbiyəvi örnək təsiri göstərməyə çalışmalı, digər gənclərimizə nümunə olmalıdırlar. Bütün bunlar onların vətənimizin keşiyində duracaq əsgər kimi formalaşmasında da bir məktəbdir”.

Mətbuat katibi deyib ki, bu cür məsələlərin mətbuatda işıqlandırılmasın əleyhinədirlər:

“Ali məktəbimizin tələbələri bütün ezamiyyət xərcləri universitet tərəfindən ödənilməklə xarici ölkələrdə keçirilən beynəlxalq konfranslarda fəal iştirak edirlər. Tələbələrimiz “Ən yaxşı məqalə müsabiqəsi”ndə, ali məktəblər arasında keçirilən “Breyn rinq”, “Azərbaycanı tanıyaq”, “Nə, harada, nə zaman?” və “Xəmsə” kimi bilik yarışlarında, “Şən və Hazırcavablar Klubu”nun müsabiqələrində çıxış edir və layiqli yerlər tuturlar. Universitetimizdə həmçinin idman sahəsinə də xüsusi diqqət göstərilir. Burada idman zalı, süni örtüklü futbol, voleybol, badminton və basketbol meydançaları, stolüstü oyunlar üçün köşklər yaradılıb. İdmançı tələbələrimizin respublika, Avropa, Asiya və Dünya səviyyəli idman yarışlarında artıq ənənə halını almış uğurları insanda qürur hissi doğurmaya bilməz. Biz sizi bu uğurlardan, qazanılmış nailiyyətlərdən yazmağa dəvət edirik. Toxunduğunuz məsələ isə Sumqayıt Dövlət Universitetində yeni bir hadisə deyil, bu ənənə uzun müddətdir davam edir, universitetimizdə təhsil alan tələbə və onların valideynlərinin 90 faizindən çoxu bu məsələdən olduqca məmnundurlar”.modern.az


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar