Xəbər lenti
Gürcüstanda 11 futbolçu həbs edildi - ŞƏKİL
Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin Korrupsiyaya qarşı Mübarizə Agentliyi danışılmış matçlarda iştirakda şübhəli bilinən səkkiz futbolçunu və üç keçmiş oyunçunu saxlayıb.
Manevr.az "report"a istinadən xəbər verir ki, bu barədə xidmətin rəsmi saytında bildirilir.
Qeyd edilir ki, saxlanılan keçmiş futbolçular Vaxtanq C, Laşa Ç. və Nika D-dır. Həmçinin İrakli X, Robert İ, İraki B, Coni Ş, Georgi Q, Nikoloz M, Paata Qx, və Nodar K. saxlanılıb. Onlar "Quriya Lançhuti", "Çiatur", "Vit Corci" komandalarının oyunçularıdır.
İstintaqın məlumatına görə, futbolçular mütəşəkkil cinayətkar qrupdan pul vəsaitlərinin alınması müqabilində matçları qəsdən uduzublar. Oyunçular 93,5 min lari (34 min dollardan çox) alıblar.
Bu əməllərinə görə onları 4 ildən 6 ilə qədər həbs cəzası gözləyir.
Manevr.az





Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar