Xəbər lenti
İrəvanda vəziyyət qarışdı - camaat yenə küçələrə axışdı

Hakim pəncərədən binaya girmək istədi, etirazçılar imkan vermədi
Ermənistanda vəziyyət yenidən gərginləşib. Bu gün səhərdən etirazçılar yenidən paytaxt İrəvanın küçələrinə çıxmağa başlayıblar. Onlar baş nazir Nikol Paşinyanın çıxışından sonra məhkəmə binalarını mühasirəyə alıb, giriş və çıxışı bağlayıblar. Yağışlı havaya baxmayaraq “Ədalətli məhkəmə adına!” şüarı altında aksiya keçirən vətəndaşlar Ermənistan Konstitusiya Məhkəməsinin binasını mühasirəyə alıblar.
Əməkdaşlar məhkəmə binalarına buraxmırlar. Şenqavit dairə Məhkəməsinin hakimi David Balayan binaya pəncərədən daxil olmaq istəsə də onu itələyərək, içəri girməsinə imkan verməyiblər. İrəvanın rayonlarından birinin məhkəmə binasının pəncələrini sındırblar, hakimlərin binaya daxil olmasına imkan vermirlər.
Xatırladaq ki, Paşinyan keçmiş prezident Rovert Koçaryanın həbsdən azad edilməsinə etiraz olaraq vətəndaşlara müraciət edərək bütün məhkəmə binalarının giriş və çıxışını bağlamağa çağırmışdı.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar