Sizin Reklam Burada
Xəbər lenti
27-02-2025
26-02-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda faciəvi şəkildə ölən müəllimlərlə bağlı AÇIQLAMA - “Hadisə vaxtı ikisi də…”

Tarix: 19-05-2019 18:49     Baxış: 3715 A- / A+
Azərbaycanda faciəvi şəkildə ölən müəllimlərlə bağlı AÇIQLAMA - “Hadisə vaxtı ikisi də…”

Dünən Masallı rayonunda baş vermiş ağır yol qəzasında ölən müəllimlər dəfn edilib.

Manevr.az xəbər verir ki, Masallı rayonunun Çaxırlı kəndi ərazisində “Mercedes” markalı avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində vəfat edən Cəlilabad rayonunun Maşlıq kənd sakini, 1957-ci il təvəllüdlü Sabir Ağayev və yanındakı sərnişin, həmkəndlisi, 1971-ci il təvəllüdlü Abdulla Abdullayev kənd qəbiristanlığında dəfn edilib.

Cəlilabad rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi İlkin Zeynalov publika.az-a açıqlamasında bildirib ki, vəfat edən müəllimlər Maşlıq kənd orta məktəbində çalışırmış və may ayının 1-dən işə çıxmayıblar: “Onların hər ikisi may ayının 1-dən etibarən səhhətləri ilə əlaqədar bülleten açdırıblar. Tarix müəllimi olan Abdulla Abdullayevin və fiziki tərbiyə müəllimi kimi fəaliyyət göstərən Sabir Ağayevin dəsr yükü onların işə çıxmaması səbəbindən digər müəllimlər arasında bölüşdürülüb. Bu səbəbdən də hadisə dərsdən, yəni iş vaxtından kənar baş verib”.

Qeyd edək ki, dəhşətli yol qəzası dünnə saat 15 radələrində qeydə alınıb.

İlkin araşdırmalar zamanı yol qəzasına yüksək sürətin səbəb olduğu məlum olub.

Faktla bağlı Masallı rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar