Xəbər lenti
Polisdən sürücülərə oğrularla bağlı xəbərdarlıq

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) sürücülərə xəbərdarlıq edib.
Manevr.az xəbər verir ki, xəbərdarlıq son vaxtlar avtomobillərdən edilən oğurluq hallarının artması ilə bağlıdır.
Məlumata görə, paytaxtda nəqliyyat vasitələrindən qeydə alınan talamalar – oğurluqların açıq qapıdan, açıq pəncərədən daxil olmaqla da törədilməsi müşahidə olunur.
BŞBPİ-nin xəbərdarlığında qeyd edilib ki, avtomobilləri parklayarkən, qısa müddətdə tərk edərkən, salonda nəzarətsiz qalan qiymətli əşyalar kriminala meyilli şəxslərin diqqətindən yayınmır.
Viktimoloji vəziyyəti nəzərə alaraq, polis sosial-maarifləndirici qisametrajlı film vasitəsilə cəmiyyətə müraciət edir, “Məsuliyyət hər kəsin təhlükəsizliyidir – İlk növbədə sənin: Əmlakınıza etinasız yanaşmayın!” şüarı ilə cəmiyyəti diqqətli və məsuliyyətli olmağa səsləyir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar