Sizin Reklam Burada
Xəbər lenti
27-04-2024
26-04-2024
BÜTÜN XƏBƏRLƏR

Bu canlılar öldürə bilər - ŞƏKİL

Tarix: 16-05-2019 23:12     Baxış: 3191 A- / A+
Bu canlılar öldürə bilər - ŞƏKİL



Ötən il Azərbaycanda 80 nəfər ilansancma, 24 nəfər hörümçəyin bir növü olan qaraqurd, 31 nəfər sarı əqrəb sancması şikayəti ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya Mərkəzinə yerləşdirilib. Hər il ölkə üzrə onlarla ilansancma faktı qeydə alınır. Havaların isinməsi də bu növ canlılar üçün əlverişli mühit yaradıb. Bu il də qeydə alınan ilansancma faktları az deyil.

Azərbaycan ərazisinin 60 faizindən çoxunda ilanlara rast gəlmək mümkündür. Bu canlılar, adətən, kolların dibində, siçan və siçovulların yuvalarının içində, tərəvəz tağlarında, torpaqlardakı çatlarda, taxta materiallarının altında, evlərin damlarında gizlənirlər.

Manevr.az oxu.az-a istinadən bildirir ki, yaxın bir ay ərzində Şabran Mərkəzi Rayon Xəstəxanasına iki nəfər ilansancma diaqnozu ilə gətirilib.

Yardım göstərilən şəxslərin vəziyyəti hazırda yaxşıdır. Xəstəxanadan bildirilib ki, tibb müəssisəsi ilan əleyhinə zərdablarla tam təchiz edilsə də, kəndlərdəki tibb məntəqələrinə belə zərdablar verilmir. İlan əleyhinə zərdab yalnız xəstəxanalarda vurulur.

Şabran MRX-nın reanimasiya şöbəsinin müdiri həkim İmamqulu İbrahimov bildirir ki, ilansancma zamanı ilkin tibbi yardım göstərilməsi də tövsiyə edilmir. Çünki səhv aparılan yardım xəstənin ölümünə səbəb ola bilər. Bu səbəbdən belə hallar baş verdikdə təcili tibb müəssisələrinə müraciət edilməlidir.

Həkimlər ilanlarla yanaşı, həşərat sancması faktlarının da kifayət qədər çox olduğunu deyirlər. Həşarat sancması zamanı halsızlıq olduğu zaman mütləq tibb müəssisələrinə müraciət olunmalıdır.

Bu canlılar öldürə bilər - ŞƏKİL
Bu canlılar öldürə bilər - ŞƏKİL

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar