Xəbər lenti
24 yaşlı qız nikahsız uşaq dünyaya gətirdi, sellofana büküb zibilliyə atdı - QANDONDURAN ƏMƏL
Türkiyənin Erzurum bölgəsində tükürpədən hadisə baş verib.
Manevr.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 24 yaşlı Ayten Kağızmanlı uşağı qonaq getdiyi evin ayaqyolunda dünyaya gətirib.
Məsələni anasına danışandan sonra onlar uşaqdan xilas olmağa çalışıb. Nənə 46 yaşlı Fadime. K yeni doğulan körpəni sellofan torbaya bükərək zibil qutusuna atıb.
Zibil qutularının yanından keçən bir vətəndaş oradan gələn uşaq səslərini eşidərək dərhal polisə və tibbi yardıma zəng edib. Polisin araşdırmasından sonra ana ilə nənə həbs edilib.
Məhkəmədə ifadə verən nənə bildirib ki, uşağı məscidin qapısına qoymaq istəsə də qapı bağlı olub.
"Qızım yalvardı ki, olanları atam bilməsin. Hadisənin şoku ilə uşağı götürüb evdən çıxdım. Göbək bağını kəsməyi də unutmuşam. Məscidin qapısı bağlı olduğu üçün onu kartonlar olan zibil qutusuna qoydum. Üşüməsin deyə üstünü, torbanın ağzını da bağladım".
Qeyd edək ki, məhkəmədə ana ilə qızına 20 ilə yaxın cəza istənilib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar