Xəbər lenti
Təcridxana nəzarətçisini qadına görə öldürüblər? - Killer iz buraxmayıb
Şəmkirdə Penitensiar Xidmətin Gəncə şəhərində yerləşən 2 saylı İstintaq təcridxanasının əməkdaşı 29 yaşlı Kəramət Məmmədli sifarişlə öldürülüb.
Bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.
Prokurorluq işçiləri hələlik qatilin izinə düşə bilməyiblər.
Xatırladaq ki, cinayət mayın 1-də Bayramlı kəndində törədilib. K.Məmmədli öz evində kiçikkalibrli tüfənglə (5,6 mm) öldürülüb. Güllə yaxın məsafədən (təxminən 1 metr) alın nahiyəsinə tuş gəlib.
Maraqlıdır ki, yaxınlıqda yaşayanlardan heç biri atəş səsini eşitməyib. Ehtimal olunur ki, killer səsboğucudan istifadə edib. Kriminalistlər hadisə yerində qatilə aid heç bir iz aşkarlamayıblar.
Məlumdur ki, öldürülən şəxsin evindən heç nə oğurlanmayıb – pullar və qızıl əşyalar yerində qalıb.
Kəramət Məmmədli Beynəlxalq Bankın rayon filialının keçmiş rəhbərinin (hazırda təqaüdə çıxıb) oğlu olub. İki il əvvəl boşanıb. Lakin müstəntiqlər onun qətlini boşanması ilə əlaqələndirmirlər.
Daha bir versiyaya görə, K.Məmmədli qadınla sevgi münasibətlərinə görə qətlə yetirilib. Lakin qadının kimliyi barədə istintaq qrupunda hələlik məlumat yoxdur. oxu.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar