Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

İnsanları öldürüb videoya çəkən azərbaycanlı İŞİD-çi ilə bağlı – Qərar

Tarix: 16-05-2019 10:54     Baxış: 3221 A- / A+
İnsanları öldürüb videoya çəkən azərbaycanlı İŞİD-çi ilə bağlı – Qərar


İrqa Şam İslam Dövləti (İŞİD) terror təşkilatının azərbaycanlı üzvü, "Abu Cihad" ləqəbli 1979-cu il təvəllüdlü Eldəniz Məmmədovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Manevr.az teleqraf.com-a istinadən xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Rizvan Səfərovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin apelyasiya şikayəti üzrə qərar elan edilib.

Eldəniz Məmmədovun barəsində bəraət hökmünün çıxarılması barədə verdiyi şikayət təmin olunmayıb.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Eldəniz Məmmədov 15 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 214.2.1-ci (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə) maddəsi ilə ittiham elan edilib.

Eldəniz Məmmədov 2017-ci ilin sentyabrında Dövlət Təhlükəsizlik Xidməti tərəfindən tutulub.

Həmçinin uzun müddət İŞİD terror təşkilatının sıralarında döyüşmüş "Abu Cihad" ləqəbli Eldəniz Məmmədovun hərbi əməliyyatlarda iştirakını əks etdirən video yayılıb.

Yayılan videokadrlardan görünüb ki, Eldəniz Məmmədov başqa döyüşçülərlə birlikdə onlar tərəfindən öldürülmüş insanın cəsədi qarşısında necə poza alır.

Eldəniz Məmmədov həm də sosial şəbəkələrdə İŞİD-çilər arasında populyar olan İnstagram səhifəsinin sahibi olub.



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar