Sizin Reklam Burada
Xəbər lenti
27-02-2025
26-02-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda gənc oğlan maska taxıb qadınların yaşadığı evlərə basqın etdi

Tarix: 14-05-2019 19:31     Baxış: 3225 A- / A+
Azərbaycanda gənc oğlan maska taxıb qadınların yaşadığı evlərə basqın etdi


Abşeron rayonunda quldurluqla məşğul olan və bu ilin yanvarında həbs edilən 22 yaşlı Bayramov Həsən Seymur oğlu barəsindəki cinayət işinin ibtidai istintaqı yekunlaşıb.

Manevr.az məlumatına görə, Abşeron Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 181.2.5-ci, yəni silah və silah qismindəki əşyanı tətbiq etməklə quldurluq əməli törətmə maddəsi ilə açılan işin materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İşə hakim Əhməd Quliyevin sədrliyi ilə baxılacaq.

İstintaq zamanı məlum olub ki, 22 yaşlı Həsənin bıçaq götürüb və maska taxaraq basqın etdiyi evlərdən 3-ü qadınlara məxsus olub. O, ümumilikdə əvvəlcədən seçdiyi 4 mənzilə basqın edib.

Həmin mənzillərin hamısı Hökməli qəsəbəsində yerləşib. Araşdırma zamanı məlum olub ki, o özü də Hökməli qəsəbəsində yaşayır. Başına maska taxaraq mənzillərə daxil olan Həsən Bayramov bıçaq və digər soyuq silahla vətəndaşlardan pul, qızıl tələb edib.

Maraqlısı budur ki, saxlanılan şəxs oğurluq məqsədi ilə, öz kəndində, bir müddət öncə girdiyi evə yenidən soxulmağa cəhd edib. Həsən Bayramov bütün bunları qəbul etdiyi içki və narkotik madənin təsiri nəticəsində törətdiyini bildirib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar